İraq və Suriyada fəaliyyət göstərən Kətaib Hizbullah qruplaşması Suriyanın şimal-şərqində ABŞ-ın hərbi bazasına hücum edib.
Zafer Tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadin” telekanalı məlumat yayıb.
Məlumata görə, hədəf Hasekə vilayətindəki Əbu Həcər aerodromunda yerləşən ABŞ hərbi bazası olub. Hadisənin təfərrüatı barədə məlumat verilmir.