Türkiyə gəmisi Qara dənizdə minaya düşdü

Türkiyə bayrağı altında üzən yük gəmisi Qara dənizdə Rumıniya sahilləri yaxınlığında minaya düşüb.

Zafer Tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Sulina limanından 11 dəniz mili məsafəsində minaya düşən yük gəmisi yüngül zədələnib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.