Cahid Bağçı şəhid polisin yas mərasimində – Foto

ürkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.

Zafer Tv xəbər verir ki, səfir bu barədə X-də yazıb.

C.Bağçı mərhumun atasına, qardaşlarına, yaxınlarına və silah yoldaşlarına başsağlığı verdiyini bildirib.

“Allah rəhmət eləsin, məkanı cənnət olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, – deyə diplomat qeyd edib.