“Alibaba” Türkiyəyə 2 milyard dollar yatıracaq

“Alibaba” Group Holding Türkiyəyə 2 milyard dollar investisiya yatıracaq.

Şirkətin Türkiyədəki bölməsi olan “Trendyol”a istinadən xəbər verir ki, vəsait Ankara və İstanbulda yeni mərkəzlərin tikintisinə sərf olunacaq: Çin şirkəti Ankarada data mərkəzi və logistika kompleksi, həmçinin İstanbul hava limanında ixrac əməliyyatları mərkəzi tikməyi planlaşdırır.

İnvestisiya planı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Alibaba prezidenti Maykl Evans arasında keçirilən görüşdə təqdim edilib.

Bu günə qədər “Alibaba” “Trendyol” vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyub. “Trendyol” qeyd edir ki, Evans Türkiyənin dünyanın ən böyük elektronika ixracatçılarından biri olmaq potensialını görür.

2010-cu ildə qurulan “Trendyol” Türkiyənin aparıcı elektron ticarət platformasıdır. Bundan əlavə, şirkət yemək və hazır yeməklərin sürətli çatdırılması xidmətinə malikdir.

“Alibaba” 2018-ci ildə “Trendyol”un səhmlərini alıb.