Baydenin səfəri ərəfəsində terror TƏHLÜKƏSİ

Böyük Britaniyanın Şimali İrlandiya regionunda ABŞ prezidenti Co Bayden səfəri öncəsi terror hücumları ilə bağlı polis tərəfindən xəbərdarlıq edilib.

Xarici mətbuat xəbər verir ki, polisin fikrincə, hüquq-mühafizə orqanlarının diqqətini ciddi iğtişaşlarla yayındırmaq, bundan terror aktları üçün istifadə etmək cəhdləri ola bilər.

Bayden aprelin 11-dən 14-dək Britaniya və Şimali İrlandiyaya səfər edəcək. ABŞ prezidenti burada Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşəcək.

Qeyd edək ki, aprelin 10-da Şimali İrlandiyanın statusu ilə bağlı münaqişəyə son qoyan Belfast sazişinin imzalanmasından 25 il keçir.