Qazaxıstan PA-nın rəhbəri bu şəxs oldu

Oljas Bektenov Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Modern.az “Kazinform”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.

O, təyinatadək çalışdığı Qazaxıstan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri vəzifəsindən azad edilib.