Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov vilayətinin Udı yaşayış məntəqəsini ələ keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinin 63-cü mexanikləşdirilmiş briqadasının Xerson vilayətinin Belaya Krinisa və Beloqorka ərazilərindəki canlı qüvvəsinə, habelə hərbi texnikalarına zərbələr endirilib.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, operativ-taktiki və ordu aviasiyası, raket qoşunları, artilleriya qüvvələrinin Ukrayna ərazisindəki hərbi obyektlərə zərbələri davam edir.