Ukraynalıların Donbasda rus qoşunlarını məğlub etmək üçün hər cür şansı var.
Bunu Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippi deyib.
Hippi bildirib ki, Donbas ruslar üçün çətin sınan qoz olacaq:
“Ukraynalıların onları məğlub edə bilməsi üçün hər cür şans var. Ukrayna Donbasda artıq qurulmuş müdafiə mövqelərinə malikdir”.