Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvili “Vahid Milli Hərəkat” Partiyasının sədri olacaq.
Modern.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Marqvelaşvili təklifi şəxsən eks-prezident Mixail Saakaşvilidən alıb və partiya artıq bu məsələ ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, Giorgi Marqvelaşvili aprelin 15-də “Milli Hərəkat”ın liderləri ilə Kiyevdə olub. Ondan əvvəl keçmiş müdafiə naziri Davit Kezeraşvili ilə görüşüb.
Kiyevə səfərini şərh edən Marqvelaşvili bildirib ki, onlar Mixail Saakaşvili ilə razılaşaraq, Ukrayna paytaxtına səfər etmək qərarına gəliblər.