Gənclər və İdman Nazirliyində yoxlama BAŞLAYIR

“Cari ildə Gənclər və İdman Nazirliyində “Tokio-2020” Yay Olimpiya Oyunlarına və federasiyalara ayrılan vəsaitin auditi aparılacaq”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarətinin təşkili vəziyyətinin araşdırılması da planlaşdırılır.

Sədr qeyd edib ki, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarəti prosesinin araşdırılması planlaşdırılır.