Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir”.
“Report”un xəbərinə görə, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, ümumilikdə, YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib:
“Onlardan 132 nəfərinin müalicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir”.