Rusiya dəyişməsə, hamı üçün təhlükə olacaq – Rupşis

Ukraynaya qarşı müharibədə strateji məğlubiyyət Rusiyada revanşist əhval-ruhiyyəni gücləndirəcək. 5-10 ildən sonra ruslar yenidən müharibə edə bilərlər.

Axar.az xəbər verir ki, bu fikri Litva Silahlı Qüvvələrinin komandanı Valdemaras Rupşis deyib.

“Rusiya dəyişməsə, NATO üçün təhlükə olaraq qalacaq. Bu təhlükə daha da böyüyə bilər və Alyans ölkələri ilk növbədə çəkindirmə istiqamətində hərəkət etməlidirlər. Rusiya Ukraynaya hücum kimi oxşar hərəkətlərdən çəkindirilməlidir”, – o bildirib.