Kiyevin göstərişi ilə rusiyalı jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran neonasistlər saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
“FTX Rusiya İstintaq Komitəsi ilə birlikdə ölkədə qadağan edilmiş “National Socialism/White Power” neonasist terror təşkilatının bir qrup üzvünü saxlayıb. Onlar Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə ictimai xadim, tanınmış jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran Rusiya vətəndaşlarıdır”, – məlumatda deyilir.
Qeyd olunur ki, axtarışlar zamanı 8 ədəd “Molotov kokteyli” tipli yandırıcı vasitə, 6 ədəd PM tapançası, 1 ədəd ov tüfəngi, 1 ədəd RQD-5 qumbarası, mindən çox müxtəlif çaplı patron, narkotik vasitə, saxta Ukrayna pasportları tapılıb:
“Qrup üzvləri Solovyovun qətlinin hazırlanması ilə bağlı ifadə veriblər. Onlar qətldən sonra xaricdə gizlənməyi planlaşdırıblar”.