Rusiya Latviya, Estoniya və Litvanın Sankt-Peterburq və Pskovdakı konsulluqlarını bağlayır.
Bu barədə Rusiya Xaric İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya ölkədəki Latviya, Litva və Estoniya konsulluqlarının bütün əməkdaşlarını arzuolunmaz şəxs elan edib. Latviya, Estoniya səfirləri və Litvanın müvəqqəti işlər vəkili bu gün Xarici İşlər Nazirliyinə çağırılıb, onlara etiraz notaları təqdim edilib”, – məlumatda qeyd olunub.