İsrail Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında mümkün görüşə ev sahibliyi etməyə hazırdır.
Bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi TASS-a müsahibəsində bildirib.
Diplomat Rusiya və Ukrayna tərəfinə liderlərin görüşü barədə təklif irəli sürüb: “Biz Qüdsdə belə bir görüşü keçirməkdən şərəf duyarıq”.
Qeyd edək ki, bundan öncə Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşü təklif olunmuşdu.