Orta aylıq əmək haqqı 40 faiz ARTIRILIB

Ölkəmizdə ardıcıl xarakter alan əməkhaqqı islahatları,əmək müqavilələrinin sayında  artım dinamikası əmək haqqı fondunda da artımlara imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN)  verilən məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında da Azərbaycanda əmək haqqı fondu 11,4 faiz artıb.

Ümumilikdə son 3 ildə minimum əməkhaqqının 2,3 dəfə, orta aylıq əmək haqqının 40 faiz, median əmək haqqının 80 faiz artımı baş verib. Bu dövrdə illik əmək haqqı fondu isə 2,1 dəfə artıb.