Cənubi Koreya Ukraynaya hərbi yardım göndərir

Cənubi Koreya Ukraynaya təkcə humanitar yardım deyil, həm də hərbi ləvazimatlar göndərmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Cənubi Koreya Ukraynaya silah sistemləri deyil, hərbi materialların verilməsi barədə qərar qəbul edib. Hazırda daşınma və göndərilmə detalları üzrə danışıqlar aparılır”, – məlumatda bildirilib.