“Ukraynadakı vəziyyət Rusiyanın dünya siyasi xəritəsində qalmaq uğrunda verdiyi ölümünə döyüşdür”.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən mətbuat konfransında bildirib.
“Rusiyaya qarşı təhdid var. Rusiya buna qarşı savaşacaq. Biz savaşı dayandırmaq istəyirik, amma Qərbin dediklərini etməyəcəyik”, – XİN başçısı vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib.