İşə qəbul müsabiqəsindəki dəyişikliyə əsasən müəllimlərin 3 il ərzində yerdəyişmə etməsi məhdudlaşdırılır.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
E.Bağırovun sözlərinə görə, işə yeni qəbul edilən müəllimlər ya yerdəyişmə edirlər, ya da yenidən işə qəbul üçün müraciət edirlər:
“Bu təhsil prosesinin fasiləsizliyinə təsir edir. Qərara alınıb ki, yeni işə qəbul olan müəllimin 3 il ərzində yerdəyişməsinin məhdudlaşdırılması labüddür. Müəllimlərin fasiləsiz biryerdə işləməsi pedoqoiji fəaliyyətə müsbət təsir edəcək”.