Pensiyalar nə qədər artacaq? – Açıqlama

Pensiyaçıların pensiyalarının sığorta hissəsi 3,4 faiz, pensiya kapitalı isə 6,7 faiz artırılacaq.

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, əmək pensiyaçılarına ödəniləcək 200 manat məbləğində maddi yardım isə hər rübdə bölünərək 50 manat olmaqla pensiyanın üzərinə əlavə olunacaq:

“Bu ödənişlər növbəti illərdə də davam edəcək. Bu Prezident İlham Əliyevin vətəndaşlarımıza xüsusi hədiyyəsidir. Orta hesabla aşağı pensiya alan vətəndaşlarımızın pensiyası 10 faizə qədər, daha yüksək pensiya alanlarda isə 7-8 faiz artım olacaq. Sərəncam yanvarın 1-dən qüvvədədir”.