Makron-Putin görüşü Fransada gündəm oldu

Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putinin Rusiyada uzun masa arxasında keçirilən görüşü Fransa mətbuatında geniş işıqlandırılıb.

Axar.az xəbər verir ki, əvvəlki görüşlərin əksinə olaraq Putinin Makronla uzun masada görüşü və yaxınlaşmaması Fransa mətbuatında və sosial şəbəkələrdə əsas gündəm olub.

İki lider arasındakı məsafənin mətbuatda əksini tapan görüntüləri fransız Tvitter istifadəçiləri tərəfindən “Putindən Makrona isti qarşılama”, “Sosial məsafə”, “Şam yeməyi başlaya bilər”, “Zaman fərqi” kimi başlıqlarla qeyd olunub.