ABŞ Kiyevlə Tiflisin yaxın illərdə NATO-ya üzvlüyə hazır olmamasını rəsmən etiraf etməli və bunu sənədlərlə möhkəmləndirməlidir.
Zafertv.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Milli Maraqlar Mərkəzinin rəhbəri, politoloq Dmitri Sayms bölüşüb.
Sayms 2018-ci ilin noyabrında baş vermiş vəziyyəti xatırladıb. O zaman Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin üç gəmisi Qara dənizdən Azov dənizinə gedərkən “Rusiya Federasiyasının ərazisindən dəniz vasitəsi ilə hərbi gəmilərin keçməsi qaydası”nı pozmuşdu. Onların məcburi dayandırılması üçün Kerç boğazında güc tətbiq edilmişdi:
“Amma bu gün Ukrayna HDQ-nin bir neçə yeni gəmi almasını nəzərə alsaq, analoji hal zamanı heç bir tərəf bu dəfə güzəştə getməyə meyilli olmayacaq. Belə bir ssenarinin tez bir zamanda açıq münaqişəyə çevriləcəyini təsəvvür etmək çətin deyil”.