Avropa Parlamentindən XAİN ADDIM:ermənipərəst deputatlar Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ-ŞOK BƏYANAT
Avropa Parlamentinin deputatları Azərbaycanın əzəli torpaqlarını işğalçı Ermənistan ordusundan geri almaq məqsədilə yürütdüyü qərarlı siyasəti pisləyib.
Zafer Tv bu barədə erməni mətbuatına istinadən xəbər verir.
Belə ki, Cənubi Qafqazla Əlaqələr Nümayəndəliyinin sədri, Avropa Parlamentinin deputatı Marina Kaljurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin deputatı Andrey Kovatçev və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin deputatı Seljana Zovko Azərbaycan və Ermənistan arasında baş verən toqquşmalarla bağlı birgə bəyanat yayıblar.
Bəyanat mətnində deyilir:
“Erməni mövqeləri və bir neçə kənd səhər saatlarından etibarən Azərbaycan ordusu tərəfindən atəşə tutuldu.
28 İyul tarixində isə Ermənistanın Geqarkunik əyaləti sərhədində Azərbaycan qüvvələri ilə toqquşmalarda üç erməni hərbçisi öldürüldü. Bu xəbərin bizi çox üzdüyünü bildiririk və ölən ermənilərin ailələrinə dərin hüznlə başsağlığı veririk.
Təəssüf ki, Azərbaycan qoşunları mayın 12-dən etibarən Ermənistan ərazisinə girərək dövlətlərarası sərhədlərin pozulmasına səbəb olur
Bu yaxınlarda Naxçıvan sərhədində baş verən, başqa bir erməni əsgərinin ölümü ilə nəticələnən dəhşətli atışma da bizi çox narahat edir”
QEYD:
Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurmalar zamanı atəşkəsi pozan tərəfin Ermənistan olduğu Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş, qarşıdurmanın bütün məsuliyyətinin Ermənistan üzərində olması Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə dünya ictimaiyyətinə çatdırılmışdır. Görünən odur ki, ermənipərəst qüvvələr “Dəmir Yumruq” mübtəlasına çevriliblər.
//GUNinfo.az//