“Ermənistan ordusunda ratsiya aparatlarının necə işlədiyindən xəbəriniz varmı?”
Zafer Tv xəbər verir ki, erməni sosial şəbəkələrində bəzi gizli sayılacaq məsələlər müzakirə mövzusuna çevrilib.
Həmin müzakirələr zamanı əsasən bu detalların üstü açılıb: “Hamımız xatırlayırıq ki, bir neçə gün əvvəl Vardenisdəki postumuz ələ keçirildi və döyüşçülərimiz nəticədə geriyə çəkildi. Azərbaycan hərbçiləri postumuzda olarkən iki “Hytera” ratsiyası daxil olmaqla bütün sursatları və texniki avadanlıqları götürüblər.
Normal bir orduda bütün batalyonun ratsiya kodları dərhal dəyişir. Lakin ordumuzda dəhşətli şeylər baş verir. Kodlar hələ dəyişdirilməyib və ümumiyyətlə, dəyişib-dəyişməyəcəyi bəlli deyil!
Zabitlərin kodların niyə dəyişmədiyinə dair sualına “Ehtiyac yoxdur”, – cavabı sadədir, görünür orda Baş Qərargahdakı oğlanlarımızın azərbaycanlı hərbçilər tərəfindən dinlənilməsinə ehtiyac duyurlar. Yaxşı, heç nəyə təəccüblənmirik. Ən maraqlısı budur ki, bütün bunlardan sonra orduya etimad göstərilməsini tələb edirlər”.
//Konkret.az//