Atasının məzarına qoydurduğu heykəl qalmaqal yaratdı – FOTO

Zafer Tv Haberler.com-a istinadən bildirir ki, 51 yaşlı Oliver E. Almaniyada atasının məzarına qara saçlı və bığlı, futbol komandası şortlu və sinəsində 88 nömrəli təsvir olunan bir heykəl qoyanda həyatının şokunu yaşayıb.

Bələdiyyəyə heykəllə bağlı çox sayda şikayət gəldiyindən, heykəlin təcili götürülməsini tələb edilib. Səbəb heykəlin Adolf Hitlerə bənzəməsi olub.

“Atası faşist deyil, 30 il futbol klubunda çalışıb” – deyə Oliver E.nin vəkili bildirib. Almaniyanın Veilim şəhərində yaşayan 51 yaşlı Oliver E. 2013-cü ildə vəfat edən atası Evaldın qəbri üzərində taxtadan bir heykəl qoydurub. Lakin qısa müddət sonra Bələdiyyə başçısına heykəllə bağlı şikayətlər gəlməyə başlayıb. Heykəlin Adolf Hitlerə bənzədiyini görən insanlar onun qaldırılmasını tələb ediblər.

Heykəkin sinəsində 88 rəqəminin Hitlerin salamını, nasist rəmzlərini simvolizə edildiyi iddia edildiyinə görə, heykəllə bağlı istintaq başladılıb. Oliverin vəkili bildirib ki, 88 rəqəmi atasının evinin ünvan nömrəsi olub.