Avropa Birliyi Şurası Rusiya məhkəməsinin müxalif Aleksey Navalnı ilə əlaqəli təşkilatların fəaliyyətinə qadağa qoymasına etiraz edib.
Zafer Tv xəbər verir ki, bu barədə Avropa Birliyi Şurası bəyanat yayıb.
“Rusiya məhkəməsinin Aleksey Navalnıya məxsus regional təşkilatların “ekstremist qruplar” olduğuna dair qərar verməsi onun siyasi təsirini aradan qaldırmaq üçün indiyə qədər atdığı ən ciddi addımdır. Bununla hökumət sentyabrdakı seçkilərdən əvvəl müxalifətin korrupsiya halları ilə bağlı araşdırmasına mane olur”, – bəyanatda bildirilib.
Açıqlamada məhkəmə qərarının insan hüquq və azadlıqlarını hədəf aldığı vurğulanıb:
“Bu hökmün Rusiyada vətəndaş cəmiyyəti və müxalifət üçün ağır nəticələri olacaq.Rusiya hökumətini üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırırıq”. /axar.az/