“Visual Capitalist” saytı 2020-ci ildə dünyada hərbi xərclərinə görə ilk onluqda qərarlaşan ölkələrin adını açıqlayıb.
Zafer Tv xəbər verir ki, müdafiə xərcləri üzrə ilk onluqda qərarlaşan dövlətlər bunlardır:
1. ABŞ – 778 milyard dollar
2. Çin – 252 milyard dollar
3. Hindistan – 72.9 milyard dollar
4. Rusiya – 61.7 milyard dollar
5. Böyük Britaniya – 59.2 milyard dollar
6. Səudiyyə Ərəbistanı – 57.5 milyard dollar
7. Almaniya – 52.8 milyard dollar
8. Fransa – 52.7 milyard dollar
9. Yaponiya – 49.1 milyard dollar
10. Cənubi Koreya – 45.7 milyard dollar.
Qeyd edək ki, 2020-ci ildə dünya dövlətləri hərbi xərclər üçün 2 trilyon dollar sərf edib. Bu məbləğin 75%-i, yəni 1 trilyon 482 milyard dolları bu 10 dövlətin payına düşür.