Bakı Metropoliteni QSC-nin bu gün istifadəyə verilmiş, Bənövşəyi xəttin üzərində yerləşən “8 Noyabr” stansiyasına daxil olan sərnişinlər buradan “Memar Əcəmi” və “Avtovazğal” stansiyalarına gedə, eləcə də “Memar Əcəmi” staniyasından Yaşıl Xəttə keçməklə digər stansiyalara hərəkət edə biləcəklər.
Zafer Tv xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Bunun üçün sərnişinlər normal qaydada bir dəfə ödəniş edəcəklər. Stansiyalarası keçiddə əlavə ödəniş tələb edilməyəcək”, – o deyib.