• Monday, December 15, 2025
  • Haqqımızda

Zafer TV

  • MƏQALƏ
  • GÜNDƏM
  • SİYASƏT
  • HADİSƏ
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÜSAHİBƏ
  • DÜNYA
  • CƏMİYYƏT
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • SƏHİYYƏ
  • KRİMİNAL
Zafertv

DTX, DSX və DİN-dən birgə ƏMƏLİYYAT – Saxlanılanlar var (FOTO)

May 21, 2021, 15:07
Paylaş

Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Zafer Tv-a bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 20 kiloqram 454 qram narkotik vasitəyə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

May ayının 20-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əmirzeyitli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində sərhəd naryadı tərəfindən içərisində 3 nəfər olan “Niva” markalı 10-BF-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, 2 nəfər şəxsin avtomobildən düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb etmişdir.

Əkin sahəsinə yaxınlaşaraq, oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılmışlar. Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Məmmədov Aslan Bəxtiyar oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Ümid Nazim oğlu olmaları müəyyənləşdirilmiş şəxslərin üzərindəki bağlamaya baxış keçirərkən içərisində ümumi çəkisi 8 kq 684 qram narkotik vasitəyə bənzər maddə (7 kq 700 qram tiryək, 984 qram heroin) aşkar olunaraq götürülmüşdür.

Hadisə yerində olan avtomobilin sürücüsünün İmişli şəhər sakini İsmayılov Coşqun Şaiq oğlu olması müəyyən edilmiş, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildirmişlər.

Bununla yanaşı, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Neftçala rayonu Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kq 770 qram narkotik vasitəyə bənzər maddə (7 kq 625 qram heroin, 4 kq 145 qram tiryək) aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DTX, DSX və DİN-dən birgə ƏMƏLİYYAT -Saxlanılanlar var (FOTO)
DTX, DSX və DİN-dən birgə ƏMƏLİYYAT -Saxlanılanlar var (FOTO)
Paylaş

Əvvəlki

Moskvanın hibrid müharibəsi və ya “Solovyovu edam gözləyir”

Növbəti

Hər mövsüm koronavirusa qarşı peyvənd olunacağıq – Adil Qeybulladan AÇIQLAMA

You might also like More from author
GÜNDƏM

Bakıxanov qəsəbəsində evdə partlayış olub, xəsarət alanlar var

Uncategorized

AKİA: Naxçıvanda yeni meyvə bağları salanlar bu ildən birdəfəlik ödəniş alacaq

Uncategorized

KDR-in xarici işlər naziri: Ruanda qoşunları ərazimizə daxil olub

Uncategorized

Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq

Loading ... Load More Posts No More Posts

Son xəbərlər

“Nuh” peyğəmbər 8 nəhəng taxta gəmi inşa edir

Dec 14, 2025

Heydər Əliyev Azərbaycan üzərində qurulan bütün məkrli oyunları darmadağın etdi

Dec 12, 2025

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Dec 12, 2025

Paşinyan Moskvada İlham Əliyevə təşəkkür etdi

Dec 12, 2025

Şənbə gününün hava proqnozu AÇIQLANDI

Dec 12, 2025

Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər

Dec 12, 2025

Revanşistlərin sərsəm bəyanatları və çağırışları heç bir təsir gücünə malik deyil

Dec 11, 2025

Hikmət Hacıyev Benilüks ölkələri XİN-lərinin siyasi direktorları ilə GÖRÜŞDÜ

Dec 10, 2025

Elçin Əmirbəyov Belçikada Bakı və Brüssel arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etdi

Dec 10, 2025

Uğurları təmin edən proses – RƏY

Dec 9, 2025

Uğurlu və çevik xarici siyasətimiz nəticəsində Azərbaycan Avropanın yeni geosiyasi reallıqlarına həlledici təsir…

Dec 9, 2025

İlham Əliyev Slovakiya prezidentini Azərbaycana səfərə dəvət etdi

Dec 9, 2025

Bu şəxslərə maaşının 6 misli qədər birdəfəlik PUL VERİLƏCƏK

Dec 9, 2025

Tütün məmulatları üzrə aksiz vergiləri artırılır

Dec 9, 2025

2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb

Dec 9, 2025

Bakıxanov qəsəbəsində evdə partlayış olub, xəsarət alanlar var

Dec 9, 2025

Bu gün regionun təhlükəsizlik arxitekturasına real töhfə verən əsas aparıcı tərəf məhz Azərbaycandır

Dec 8, 2025

Qırğız nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində sahibkarlarla görüşüb

Dec 8, 2025

Maliyyə Nazirliyi “S&P Global Ratings”dən ölkə reytinqinin geri götürülməsi məsələsinə aydınlıq gətirib

Dec 8, 2025

İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib

Dec 8, 2025

Prezident İlham Əliyev İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Dec 8, 2025

Gültəkin Hacıbəylinin sosial media üzərindən emosional paylaşımlar edərək hüquqlarının pozulduğunu iddia etməsi…

Dec 6, 2025

Minsk Qrupu Azərbaycan xalqının yaddaşında ədalətsizliyin simvolu kimi qalacaq

Dec 5, 2025

İlham Əliyev Tailand kralını TƏBRİK ETDİ

Dec 5, 2025

Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü oldu

Dec 5, 2025

Səudiyyə Ərəbistanında turizm artımı sürətlənir -2025-ci ilin ilk yarısı turist sayı 60 milyon

Dec 5, 2025

Əli Kərimlinin iranpərəst təxribatçı Tale Bağırzadə ilə müttəfiq olması həqiqətən də heyrətamiz simbiozdur

Dec 4, 2025

Ceyhun Bayramov Kaya Kallas ilə GÖRÜŞDÜ

Dec 4, 2025

BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının Prezidenti Azərbaycanın Keniyadakı səfirliyində – FOTO

Dec 4, 2025

Netanyahu onu “Mossad”a direktor TƏYİN ETDİ

Dec 4, 2025

R.Mehdiyev–Ə.Kərimli şəbəkəsi: Azərbaycan dövlətinə qarşı gizli xəyanət sisteminin tarixi ifşası. VP rəsmisi Natəvan…

Dec 4, 2025

Ramiz Mehdiyev “sadiq dövlət adamı”, Əli Kərimli isə “barışmaz, radikal müxalifət lideri” rolunu…

Dec 3, 2025

Paşinyan: “Azərbaycanla aramızda sülh artıq təsis olunub”

Dec 3, 2025

Bu halda kirayə qalanlar mənzil sahibi olurlar – AÇIQLAMA

Dec 3, 2025

Gürcüstan prezidenti: “2030-cu ildə Aİ-yə üzvlüyə tam hazır olacağıq”

Dec 3, 2025

Azərbaycan separatçılığın kökünü qazımaq və öz suverenliyini, ərazi bütövlüyünü qorumaq ixtiyarına malikdi

Dec 2, 2025
Prev Next 1 of 739
© 2025 - Zafertv. Materiallardan istifadə zamanı Zafertv.az saytına istinad zəruridir.
Ana səhifə / Haqqımızda / Əlaqə