Ermənistan səfirləri Azərbaycana qarşı təxribata cəlb etmək İSTƏYİR

Ermənistandakı xarici ölkə səfirlərinin Zəngəzur bölgəsinə səfəri təşkil olunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Çexiya, Fransa, Almaniya, İtaliya, Litva, Niderland və Polşa səfirləri Zəngəzurda olublar.

Səfirlərin hazırda Azərbycan hərbçilərinin nəzarətində olan Qaragöl ərazisinə aparılması da planlaşdırılır.