Azərbaycanda terror riski ilə bağlı xəbərdarlığın pərdəarxası MƏQAMLARI

“Ermənistan ordusunun Azərbaycan ərazilərini tərk etməməsi, növbəti dəfə erməni silahlılarının başına yumruq endirilməsini şərtləndirir”.

 

Ötən gün ABŞ Dövlət Departamenti vətəndaşları Azərbaycana və Ermənistan səfər etməməyə çağırdı. Çağırışda Azərbaycanda koronavirusa yoluxma riski ilə yanaşı, terror təhlükəsinin mövcudluğu barədə də xəbərdarlıq yer almışdı. Analoji addımı Böyük Britaniya XİN-i də yaydı.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə terror riskinin aşağı olması barədə məlumat yaysa da, Dövlət Departmantinin çağırışı suallar doğurdu.

 

Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a danışaraq, ABŞ və Böyük Britaniyanın Azərbaycanda terror xəbərdarlığı ilə bağlı açıqlamasının səbəbini izah edib.

 

“Bu çağırışların arxasında erməni silahlılarının Azərbaycan ərazilərini tərk etməmisi dayanır”-deyə ekspert deyib.

 

Onun sözlərinə görə, belə bir çağırışlar Azərbaycanla əlaqələndirilməməlidir:

“Bu tip bəyanatlar adətən Azərbaycan və Ermənistan sərhəddində baş verən erməni təxribatları ilə əlaqəlidir. Azərbaycan bu təxribatlardan özünü qorumaq üçün kifayət qədər imkan və potensiala malikdir. Təxribatların Azərbaycan ərazisində deyil, Ermənistan tərəfində sərhədlərimizdə törədilməsinə dair müəyyən şübhələr vardır. Lakin dünən sosial şəbəkədə geniş yayılan görüntülər və Azərbaycan əsgərini erməni silahlılarını ərazimizdən qoyun sürüsü kimi qovması bir daha Ermənistan ordusunun nə qədər alçaldılmış və yüksək psixoloji gərginliyə məruz qaldığını göstərir. Başqa sözlə desək, Ermənistan ordusu hazırda özünün ən zorlanmış, əzilmiş bir vəziyyətini yaşayır.

Bu çağırışların arxasında erməni silahlılarının Azərbaycan ərazilərini tərk etməmisi dayanır. Təbii ki, Azərbaycan da bu halla barışmayacağını elan edirsə, sərhəddə növbəti dəfə erməni silahlılarının başına yumruq endirilməsini şərtləndirir.

Belə bir mövcud gərgin vəziyyət bir sıra ölkələri regiona səfərdən çəkinməyə çağırması ilə nəticələnir”./modern.az/