Rusiya, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə görə “emosiyaları qızışdırmaq” üçün bir səbəb görmür və Moskva İrəvana, eləcə də Bakıya demarkasiya məsələsində kömək etməyə hazırdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sierra Leone Xarici İşlər Naziri David John Francis ilə danışıqların ardınca olan bir mətbuat konfransında söyləyib.
“Bircə dəfə də olsun atəş açılmayıb, orada atışma baş verməyib. Sakitcə bu vəziyyəti necə həll edəcəyimiz barədə razılığa gəldik. Bizdən kömək istədilər, hərbçilərimiz belə kömək göstərdilər, razılaşma əldə edildi. Sakitcə həll edilməli bir məsələdə emosiyaları qarışdırmaq, qızışdırmaq üçün heç bir səbəb görmürəm”, deyə Lavrov bildirib.
“Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəlincə, anlaşılmazlığı və ən əsası delimitasiya və demarkasiya ediləcək sərhədin olmamasını izah edən açıqlamalar var. Heç kim bununla məşğul olmur və tərəflərə təklif etdik ki, belə işlərə başlasınlar və həm kartoqrafik material, həm də məsləhət xidmətləri baxımından onlara kömək etməyə hazırıq”, deyə rusiyalı nazir əlavə edib.