Bizimkilərdən Makrona tərs şillə…

Zafer Tv xəbər verir ki, jurnalist Bəybala Mirzəyev Facebook səhifəsində maraqlı paylaşım edib.

Paylaşımı sizə təqdim edirik:

Deməli, bu Makron bir qələt eləyib, 10 saat bundan əvvəl öz Facebook hesabında Zəngəzurdakı vəziyyətlə bağlı təxribatçı bəyanat yayıb və Azərbaycan-Ermənistan sərhədində yaranmış real vəziyyətə aydınlıq gətirmədən qərəzli çıxış edərək, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib. Bizimkilər də kommenti kommentin dalınca döşəyərək, Makronu yaş yuyub quru səriblər və həmin qısa bəyanatı paylaşmağına peşman ediblər.

Biri də yazıb ki, aa, bütün Azərbaycan burdadı ki
Xalqımızın bu həmrəyliyinə və yumor istedadına heyranam

P.S.
Makronu və Paşinyanı seçkiqabağı “panos” tutub. İkisi də sıfırın altına düşmüş reytinqlərini yüksəltmək üçün dəridən-qabıqdan çıxır. Bu gedişlə fransız və erməni liderlərinin hələ çox hoqqabazlıqlarına şahidlik edəcəyik. Azərbaycanın hiperaktivliyi bunların yuxularına haram qatıb.