Aprel ayını 24-də ABŞ prezidenti C.Bayden öz çıxışında “erməni soyqırımı” kəlməsini işlətməklə, tarixi saxtalaşdırmağa cəhd göstərmişdir. Ilk dəfə ABŞ prezidenti erməni saxtarlığına dəstək verməklə belə böyük bir dövlətin başçısının cılız siyasət qurbanı olduğunu gündəmə gətirdi.
Qərb yenə də “ikili standartlara” sadiq qaldı. Məhz yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir. Özünü dünyanın arbitri hesab edən ABŞ obyektiv olmalıdır. Bu cür bəyanatlar tarixi faktların obyektiv araşdırılmasına əsasən söylənməli, siyasi məqsədlərə üçün tarixi reallıq təhrif edilməməli və həmin araşdırmalar bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına və tanınmış tarixçilərə həvalə edilməlidir.
1915-ci ildə baş vermiş hadisələr siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyərək, yenə də öz xislətlərinə uyğun olaraq tarixin saxtalaşdarılması ilə məşğuldurlar. ABŞ prezidenti bir şeyi başa düşməli idi ki, sifarişli siyasi məqsədlərə xidmət edən bəyanatlar beynəlxalq münasibətlər sisteminin dayanıqlı inkişafı üçün təhdid yaradır. Onun erməni anım günü ilə bağlı bəyanatı tarixi həqiqətlərin təhrifidir.
ABŞ prezidenti qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək tarixi daha bir beynəlxalq riyakarlıq nümunəsi ilə “zənginləşdirdi”. Elə amerika tarixçiləri və siyasətçiləri tərəfindən qəbul edilən tarixi faktlar göstəririr ki, ötən əsrin əvvəllərində erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi şəkildə qırmış, həmçinin 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında kütləvi qırğınlar törətmişlər. Görəsən ABŞ prezidenti niyə bu barədə susur?
Ermənistanın bütün siyasəti məkr və fitnəkarlıq üzərində qurulmuşdur. Tarixi saxtalaşdıran ermənilər özlərinə alternativ tarix “yaratmaqla”, olmayan dövlətlərindən bəhs edirlər. Başqalarının tarixini həyasıızcasına mənimsəmək sahəsində haylar tarixin bütün mərhələlərində qınanmışlar. Onların əl atdıqları təxribatlar üzündən Balkanlardan, Mesopatomiyaya sürgün olunmuşlar, burada da saxtarlığa əl atdıqlarına görə uzaqlaşdırılmışlar. Onlar sahib çıxan türklərə də xəyanət etmişlər və çox təəssüf ki, hayların bu şərəfsiz hərəkətləri də hələ də davam edir.
Əslində haylar 1915-ci ildə, onlara sığınacaq verən və qoruyan türklərə xəyanət etdikləri üçün Osmanlı imperiyanın içərilərinə doğru sürgün edilmişlər. Çünki onlar Rus ordusuna qoşulmaqla Ərzrum, Ərdahan və digər bölgələrdə türklərə qarşı soyqırımı həyata keçirmişlər. Amerka prezidenti R.Reyqanın keçmiş müşaviri B.Feyn demişdir: “Ermənilər 1915-ci il hadisələrinə görə türklərdən üzr istəməlidir, çünki ermənilər yox türklər soyqırımına məruz qalmışlar”.
Qarbağ müharibəsindən sonra ermənilər yenə də fitnəkarlıqlardan əl çəkə bilmirlər. Yenə də saxta soyqırımın tanıdılması, təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsi kimi cəfəng tələb və iddialar irəli sürürlər. Başabəla erməni tarixçiləri və siyasətçiləri hələ də üz cızmaqaralarında Türkiyənin şərq əyalətlərini “Qərbi Ermənistan” kimi təqdim edirlər.
Ermənilərin bu “xəstəliyi” təkcə Türkiyə əraziləri ilğ sınırlanmır. Belə ki, uzun illər ərzində haylar Azərbaycana qarşı da ekspansiya siyasəti həyata keçirmişlər. 1918-ci ilin mart soyqırımı zamanı Azərbaycanda 12 mindən çox türk-müsəlman öldürülmüşdür. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilmiş və soyqırım baş vermişdir. Bu cür ağır cinayətləri “unudan” C.Bayden birdən-birə 106 il öncə daxili köçürülmə siyasətini “soyqırım” kimi dilə gətirdi. Bax ikili standart budur.
Türkiyə və Azərbaycan ayrılmaz qardaş ölkələrdir. Odur ki, hər iki dövlətin başçıları ABŞ Prezidentinin məlum bəyanatına qarşı eyni mövqedən çıxış etdilər. Aprelin 24-də Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı hər iki dövlətin prezidentləri ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatını qınayıblar. Həmin məsələ ilə bağlı Azərbaycanın mövqeyi konkret və birmənalıdır. Prezident İlham Əliyev C.Baydenin çıxışını tarixi səhv adlandırıb.
44 günlük II Qarabağ Müharibəsi zamanı Azərbaycan-Türkiyə qardaşlığı bir dah bu münasibətlərin dəyişməz və əbədi olduğunu sübut etdi. Prezidentlıərin telefon danışığı zamanı dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyib. Türkiyə Prezidenti R.T.Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da yanında olacağını bildirib. Bu ölkələr arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir və edəcəkdir.
Azərbaycan bütün imkanları ilə qardaş Türkiyənin yanındadır. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalamışlar. Siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini bəyan etmişlər. Həmin bəyanat Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq müstəvidə qurulduğunun növbəti sübutudur.
Nahid Əsədzadə — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci