Vətən müharibəsi dövründə böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən Azərbaycana qarşı istifadə olunması Ukrayna mətbuatında geniş işıqlandırılıb.
Zafer TVAZƏRTAC-a istinadən bildirir ki, Ukraynanın “Ukrinform”, “İnterfaks-Ukrayna” informasiya agentlikləri, “Gordon” nəşri, “BBC News”un Ukrayna bürosu, dialog.ua, podrobnosti.ua, dialog.ua, eurointegration.com.ua, asmedia.kiev.ua, charter97.org, vybir.media, stopcor.org saytları dərc etdikləri məqalələrində, nüfuzlu “1+1” və “İnter” telekanalları isə yaydıqları reportajlarda qeyd edirlər ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanının “İsgəndər” raketlərindən istifadəsini isbatlayan qalıqları nümayiş etdirib. Raket qalıqlarının ANAMA tərəfindən martın 15-də Şuşa şəhəri ətrafında aparılan təmizləmə işləri zamanı aşkarlandığı vurğulanır.
Xəbərlərdə “İsgəndər” raketlərinin qalıqlarının fotoları da yer alıb. Həmçinin qeyd olunub ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb.
Yazılarda Ermənistanın baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirlərini sitat gətirib, bu faktın həqiqət olduğu qeyd edilib.
Bundan başqa, materiallarda Ukraynanın nüfuzlu blogerlərinin, hərbi ekspertlərinin sosial şəbəkələrdə Şuşa şəhəri ətrafında “İsgəndər” raketlərinin qalıqlarının tapıldığı barədə fikirləri də yer alıb.