May ayının sonunda növbəti DOST mərkəzi açılışa təqdim olunacaq.
Zafer TV bildirir ki, bunu Trend-ə açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. O qeyd edib ki, növbəti mərkəz Abşeron rayonunun Xırdalan şəhərində yer alacaq: “Bu, sayca 5-ci DOST məkəzi olacaq”.
Xatırladaq ki, martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub.