Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
ZaferTV.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:
“103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni silahlı dəstələri tərəfindən soyqırımına məruz qalan azərbaycanlı qardaşlarımızı rəhmətlə anır, azərbaycanlı qardaşlarımızın acısını bölüşürük”.