İllərdir Füzuli rayonunu xırıd edən Alı Alıyevin keçmişi ilə bağlı üzə çıxan maraqlı məqamlardan biri də onun keçmiş baş nazir, vətənə xəyanətdə ittiham olunan Surət Hüseynovun xas adamı olması ilə bağlıdır.
Zater Tv GUNinfo.az-a istinadən xəbər verir ki, bu barədə Horadiz şəhər Q.Namazəliyev küçəsi ev 3 mənzil 14 də yaşayan Füzuli Şəhər məcburi Köçkünü İsmayılov Anar Süleyman oğlunun prezident Ilham Əliyevə yazdığı şikayətində bildirilib.
Anar İsmayılovun iddiasında deyilir:
“Surət Hüseynov böyük orduya sahib olan vaxtlarda da A.Alıyev onunla sıx əlaqə lmuş və ona lazım ərzaq məhsulları eləcədə lazımı vəsaitlərin təminatında yaxından iştirak etmişdir.
Surət Hüseynovun adamı olaraq indiki icra başçısı o zamanlar orduya yardım adı altında bütün rayonu çapıb-talayıb. Bu azmış kimi, rayona rəhbərlik tməyi arzulayan Alı Alıyev əsas silah alverçisinə çevrilir. Daha sonra isə camaatın mal-qarasını belə zorla əlindən aldıraraq, onları özü mənimsəyib. Surət Hüeynov baş nazir təyinatı aldıqdan sonra Alı Alıyev artıq Füzulildə əsas söz sahibi və talançılığın başında dayanırdı.
Həmin ərəfədə Respublika Aqropromunun Sabirabad rayonunda Zonalnı müşavirəsi gedəndə həmin yığıncaqda Respublika Aqropromunun qərarı ilə Alı Alıyev Füzuli rayon Aqropromunun sədr vəzifəsində Respublika kollegiyasının qərarı ilə tutduğu vəzifədən azad olunmuşdu.