Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.
Zafer Tv “Qafqazinfo”-ya istinadən xəbər verir ki, fondun direktoru, polis polkovniki Sadiq Gözəlov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.
Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.
Onun yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib.