“İstəyirəm müasirləşək: klip, mahnı… Dünya format olub, şou-biznes də dəyişsin. Efirdə toyxana yığışdırılsın. Cavan, musiqini bilən müasir gənclər çıxsın verilişlərə. Efirdə toyxana olmaz.
Bitsin bu söhbət. Toyu gətirib soxmuşuq efirə. Aygün Kazımova, Faiq Ağayevin vaxtında estrada necə gözəl idi. “Rakada-çıkada” nə qədər olar? Elə mahnı oxumalıyam ki, məni ona görə toya çağırsınlar. Getdiyim toylarda da öz repertuarımı oxuyuram”.
“Onlar vecimə deyil. Onlar məndən danışsın, niyə danışım? Onlara verin bu haqda sualı. Allah hər kəsin yolunu açıq, ruzisini bol eləsin”