Dağlıq Qarabağ mövzusu ATƏT Parlament Assambleyasının 20-ci qış sessiyasında müzakirə oluna bilər.
ZaferTv.az bildirir ki, bunu Trend-ə ATƏT-in nümayəndəsi deyib.
O bildirib ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak üçün qeydiyyatdan keçib. Onun sözlərinə görə, bu, ATƏT regionunda, o cümlədən Azərbaycanla bağlı məsələlərin müzakirəsi üçün imkan yaradır:
“Adətən, bu görüşlərdə Qarabağdakı vəziyyət müzakirə olunur. Baş vermiş İkinci Qarabağ müharibəsi fonunda bu il də bunu gözləmək olar”.
Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 24-dən 26-dək onlayn formatda keçiriləcək.