Türkiyənin pop ulduzu Sinan Akçıl və aktrisa-model Burcu Kıratlı yenidən evlənmək üçün hazırlıqlara başlayıblar.
Zafer TV qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə kiçik bir mərasimlə evlənəcək cütlüyün şahidləri Türkiyə daxili işlər naziri Süleyman Soylu və məşhur sənətçi Sibel Can olacaq.
Sinan Akçıl adət-ənənələrə uyğun olaraq yenidən Burcunu istəməyə gedib. “Hə” məclisində üzüklər taxılıb, nağara-zurna qrupu ilə əyləncə təşkil olunub.
Xatırladaq ki, Sinanla Burcu 2018-ci ildə Amsterdamda ailə qurub. Cütlük nikahdan doqquz ay sonra boşanıb.