İtaliyada Trans-Adriatik qaz kəməri (TAP) sayəsində qaz bazarında “inqilab” baş verib.
ZaferTv.az Trend-ə istinadən bildirir ki, İtaliya ilk dəfə Fransaya, eləcə də İsveçrəyə qaz ixrac edib.
Yanvarın 23-24-də və 30-31-də İtaliyadan Fransaya müvafiq olaraq 24 milyon və 12 milyon kubmetr qaz ixrac olunub.
Bundan başqa, İsveçrə İtaliyadan 4 milyon kubmetrə yaxın qaz əldə edib.