Gürcüstanın Poniçala (Soğanlıq) adlanan ərazisində yaşayan azərbaycanlı ailənin azyaşlı övladına etdiyi nişan mərasimi ilə bağlı yeni məlumatlar var.
ZaferTv.az Lent.az-a istinadən xəbər verir ki, 11 yaşlı qızı öz dayısı oğlu ilə nişanlayıblar.
***
Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.
ZaferTv.az Lent.az-a istinadən xəbər verir ki, Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində bir ailə öz övladına nişan mərasimi təşkil edib. Sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olan videonun 1 həftə öncə çəkildiyi bildirilir. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.
Məsələ ilə bağlı Xalq Müdafiəçisinin (Ombudsman Aparatı) Kvemo-Kartlidə gender məsələləri üzrə mütəxəssisi Mari Gvidianiyə də məlumat verilib.