Koronavirus pandemiyasının başa çatması üçün dünya əhalisinin 3/4 hissəsi peyvənd olunmalıdır. ZaferTv.az-ın məlumatına görə, bu barədə “Bloomberg” informasiya agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu qədər insanın vaksinasiya prosesindən keçirilməsi üçün yeddi il vaxt lazımdır. ”Hazırda dünya üzrə hər gün 4.5 milyon nəfər peyvənd olunur. Hər bir nəfərə iki doza peyvəndin lazım olduğunu nəzərə alsaq, dünya əhalisinin 75%-nin vaksinasiyası üçün yeddi il lazım olacaq”, – deyə agentliyin yaydığı məlumatda qeyd olunur.Ekspertlərin açıqlamalarına görə, ABŞ qarşıya qoyulan məqsədə 11 ay ərzində çatacaq. Xatırladaq ki, bugünədək ən sürətli vaksinasiya prosesi İsrail (100 nəfərə 58 doza) və BƏƏ-də (100 nəfərə 35.8 doza) müşahidə olunub.
Şəfa Nəsibova