Müğənni Xatun Əliyeva Əməkdar artist Elza Seyidcahanın onu tənqid etməsinə cavab verib.
ZaferTv.az Axşam.az-a istinadən xəbər verir ki, Seyidcahanın ifaçını qeyri-peşəkar adlandırması onu əsəbiləşdirib.
Xatun “Öyrəndim, bu verilişə gələndə dərmanlarını içməyib, ona görə qatıb-qarışdırıb. Allah bu qadına şəfa versin” deyə, E.Seyidcahanı tənqid edib.
Qeyd edək ki, Elza lent.az-a açıqlamasında “Əgər məni öldürmək istəyirsinizsə, bir otağa salın və Xatun, Pərviz Bülbülə, Şəbnəm Tovuzlu və Türkan Vəlizadənin mahnılarını səsləndirin” sözlərini söyləyib.