İtaliyada sahibkarların və ölkə sakinlərinin davamlı etirazından sonra rəsmi qurumlar koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətləri yumşaltmağa məcbur olublar.
ZaferTv.az oxu.az-a istinadən xəbər verir ki, bir aylıq ümumxalq karantinindən sonra İtaliyada restoranlar və barlar açılıb, muzeylər fəaliyyətini bərpa edib.
Lakin ictimai iaşə obyektlərinin sahiblərinə yalnız axşam saat 18:00 qədər işləmək icazəsi verilib.
Xatırladaq ki, İtaliya koronavirusdan ən çox zərər çəkmiş Avropa ölkələrindən biridir.
Son məlumata əsasən, 2,5 milyondan çox insan COVID-19-a yoluxub, 89 820 xəstə pandemiyanın qurbanı olub.