Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Ovannisyanın növbəti dəfə səhhəti pisləşib.
Yalançı Artsrunun ürəyi yenə dözmədi
Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Ovannisyanın növbəti dəfə səhhəti pisləşib.
ZaferTv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınlarından biri erməni mətbuatına açıqlamasında deyib.
“Ürəyində problemlər yarandı. Hazırda vəziyyəti stabildir, həkim nəzarətində qalır”, – məlumatda bildirilib.
Qeyd edək ki, Artsrun Ovannisyan Vətən müharibəsi zamanı Ermənistan ordusunun məğlubiyyətlərinin üstünü ört-basdır etmək və erməni ictimaiyyətinə cəbhədən yalan xəbərlər sırımaqla məşğul idi. Ermənistanın kapitulyasiyaya imza atmasından sonra Ovannisyanın halı kəskin pisləşmiş, hətta onun infarkt olduğu bildirilmişdi. Özünə gəldikdən sonra isə kapitulyasiyanı şərh edərək yazmışdı: “Kaş ki, mən ayılmazdım”.
Bununla da yoxa çıxan Ovannisyan iki gün öncə peyda olaraq, yenidən mediaya yanlış açıqlamalar verməyə başlamışdı.